Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda  ”Korrupsiyaya qarşı mübarizə !” adlı tədbir təşkil edilib

04.11.2024

Qazaxda korrupsiya ilə mübarizəyə həsr edilmiş tədbir keçirildi.
04 noyabr  2024-cü  il tarixdə Qazax rayon Mədəniyyət  Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2018-2026-cı illər üçün "Milli Fəaliyyət Planı" nın icrası və bu sahədə  maarifləndirmə işlərinin aparılması ilə əlaqədar  "Korrupsiyaya qarşı mübarizə !" adlı tədbir təşkil edilib. 
      Tədbiri giriş sözü ilə  Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev  açaraq   bildirdi ki, korrupsiya bu gün bütün dünya dövlətlərini narahat edən bir məsələdir. Korrupsiya ictimai bir bəladır.  Bu halların aradan qaldırılması üçün hər bir vətəndaş çalışdığı müəssisədə korrupsiya ilə mübarizə aparmalı, bu mübarizə işçilərin qarşısında bir vəzifə kimi qoyulmalıdır.  Bu sahədə aparılan mübarizədə hər bir vətəndaş fəal iştirak etməlidir.  Mədəniyyət işçiləri korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təbliğat və təşviqat işlərini daha da gücləndirməlidirlər.
Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə mədəniyyət müəssisələrində daim tədbirlər həyata keçirilməli, korrupsiyanın mahiyyəti və onun cəmiyyət üçün törətdiyi ağır fəsadlar haqqında məruzələr və mühazirələr oxunmalı, görüşlər keçirilməli  və söhbətlər aparılmalıdır. 
Mədəniyyət Mərkəzinin direktoru Z. Həsənova,  Qazax MKS-nin direktoru F. Xudiyeva,  Qazax Dövlət Rəsm Qalereyasının direktoru M. Xəlilova, Tarix diyarşünaslıq muzeyinin direktoru G. Alişanova da çıxışlarında qeyd ediblər ki, bu gün korrupsiyaya qarşı mübarizə respublikamızın hər yerində geniş vüsət almışdır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən biri də respublikamızda korrupsiyaya qarşı mübarizə aparmaq və onun tamamilə ləğv edilməsinə çalışmaq olmuşdur. Çıxış edənlər bildiriblər ki, mədəniyyət işçiləri də bu sahədə daha fəal olmalı, təbliğat işini gücləndirməlidirlər. Hər bir mədəniyyət müəssisəsi bu sahədə öz üzərinə düşən vəzifəsini layiqincə dərk etməli, bu sahədə əyani və şifahi təbliğatın müxtəlif növlərindən bacarıqla istifadə etməlidirlər.